Cəmiyyət

Yuxusunda şəhid olacağını görən şəhid leytenat - VİDEO - FOTO

8 Dekabr 2020 09:44
Baxış: 2 040
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın qəhrəmanlarından biri də Şamaxının Qurdtəpə kəndində tarix müəlliminin tarix yazan oğlu leytenant Orxan Nəbiyevdir.  

Milli.Az bildirir ki, "ARB Xəbər" şəhid leytenat Orxan Nəbiyevin keçdiyi həyat yolundan süjet hazırlayıb.

Qardaşının dediyinə görə, döyüşlərdə ilk dəfə Orxanla təsadüf nəticəsində Suqovuşanda qarşılaşırlar. Qızğın döyüşdə Orxan qardaşını ölümdən xilas edir.

Əmirxan Nəbiyev - Şəhidin qardaşı: "Doğma birinin gözünün qabağında sağ olduğunu görürsən, qoxusunu duyursan və bu vaxt ermənilər atəş açdı. Orxan məni itələyib özü üstümə uzandı. Dedi ki, özünü qoru. Məndən ötrü, nəinki məndən, bütün Azərbaycandan ötrü canını verməyə hazır idi".

Şücaətinə görə "Qorxmaz" ləqəbi ilə çağırılan Orxan axşam yuxusunda şəhid olacağını görür. Əsgərlərinə "bu gün şəhid olacam, amma qardaşım bilməsin" deyir. Orxanla qardaşının son görüşü də elə yuxusunu gördüyü günün səhəri olur.

Orxan oktyabrın 14-ü Suqovuşan yüksəklərində gedən döyüşlərdə snayperlə başından vurularaq şəhadətə qovuşur.

Vətənin toxunulmazlığı, onun azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.