Cəmiyyət

Dağ Yəhudiləri İcmasında şəhidlərin xatirəsi anılıb - FOTO

4 Dekabr 2020 12:45
Baxış: 989
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda Dağ Yəhudiləri İcmasında Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, anım mərasimində Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxunub, yaralılara şəfa dilənib.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.