ABŞ-nin Merilend ştatının Baltimor şəhərində baş verən silahlı hücum nəticəsində 6 nəfər xəsarət alıb.
Milli.Az xəbər verir ki, hadisə barədə məlumatı "ABC News" yayıb.
Məlumata əsasən, atışma şənbə günü yerli vaxtla saat 20:50-də (Bakı vaxtı ilə bazar günü 04:50) Spouldinq və Kvinsberi prospektlərinin kəsişməsində qeydə alınıb.
Belə ki, naməlum şəxs küçədə toplaşan insanlara atəş açıb.
Baltimor polis komissarı Riçard Uorli bildirib ki, yaralananlar arasında 5 yaşlı qız uşağı da var. Onun vəziyyəti stabil qiymətləndirilir. Yaralılardan biri 38 yaşlı kişi isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hücumun motivləri hələlik məlum deyil, polis insidentlə bağlı araşdırmaları davam etdirir.
Kənan
Milli.Az