Bu il Azərbaycana gələn turistlərin sayı açıqlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzül yaşanıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 720,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-oktyabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olub və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.
2020-ci ilin yanvar-oktyabr aylarında ölkəmizə gələnlərin 28,0 faizi Rusiya Federasiyası, 24,3 faizi Gürcüstan, 18,9 faizi Türkiyə, 8,6 faizi İran, 2,1 faizi Ukrayna, 1,8 faizi Hindistan, 1,7 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,1 faiz olmaqla Pakistan, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan, 1,0 faizi Küveyt, 0,9 faizi Böyük Britaniya, 0,8 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Özbəkistan və İraq, 0,6 faizi İsrail, 5,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 79,6 faizini kişilər, 20,4 faizini qadınlar təşkil edib.
Cari ilin yanvar-oktyabr aylarında Çindən gələnlərin sayı 15,8 dəfə, Cənubi Koreyadan - 13,4 dəfə, İsraildən - 10,4 dəfə, Polşadan - 9,8 dəfə, Yaponiyadan - 9,5 dəfə, İraqdan - 8,9 dəfə, Səudiyyə Ərəbistanından - 8,3 dəfə, Macarıstandan - 8,0 dəfə, Kanadadan - 6,9 dəfə, ABŞ-dan - 6,8 dəfə, Omandan və Birləşmiş Ərəb Əmirliklərindən - 6,7 dəfə, Fransadan - 5,9 dəfə, Türkmənistandan - 5,8 dəfə, Almaniyadan - 5,6 dəfə, Qətərdən - 5,5 dəfə, Niderlanddan - 5,2 dəfə, Böyük Britaniyadan, Pakistandan və Qazaxıstandan - 5,0 dəfə, İtaliyadan - 4,4 dəfə azalıb.
Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,7 dəfə azalaraq 21,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,7 dəfə azalaraq 100,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,0 dəfə azalaraq 245,7 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,3 faizi dəmir yolu və avtomobil, 28,3 faizi hava, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
XƏBƏR LENTİ
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Azərbaycanda son sutkada 114 axtarışda olan şəxs saxlanılıb
-
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
-
45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
Tramp Avropa liderləri ilə görüşəcək





