Dağ yəhudiləri Şuşada küçələrdən birinə Albert Aqarunovun adının verilməsini xahiş edirlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun (STMEGİ) prezidenti, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti German Zaxaryayev özünün "Facebook" səhifəsində erməni işğalından azad olunmuş Şuşada tankçı, Azərbaycanın Milli Qəhrəmanı, yəhudi əsilli Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi təşəbbüsü ilə çıxış edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, German Zaxaryayevin sözlərinə görə, qəhrəmanların şərəfinə küçələrin adlandırılması yüzilliklər bundan əvvəl yaranan ənənədir. O yazır: "Bu ənənə sayəsində xalqın qəhrəman oğul və qızlarının adları həmişə dillər də olub, onların xatirəsi yaşayır, gənc nəslin nümayəndələri də onların adını çəkir.
Bu gün biz bütün Azərbaycan xalqı ilə birgə onun qələbəsinə, əzəli torpaqlarının geri qaytarılmasına sevinirik. Lakin bununla belə, 30 ilə yaxın davam edən münaqişənin bütün tarixini unutmamalıyıq".
German Zaxaryayev qeyd edir ki, XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycanın bütün sakinləri, o cümlədən yəhudilər Vətənin müdafiəsinə qalxdılar. STMEGİ fondunun rəhbəri yazır: "Tankçı Albert Aqarunov Qarabağ xanlığının incisi, yalnız indi qanuni sahiblərinə qayıdan Şuşa yaxınlığında gedən döyüşlərdə həlak olub. Fikrimcə, bu şəhərin küçələrindən birinə Albert Aqarunovun adı verilsəydi, bu, ədalətli addım olar, xalq öz qəhrəmanının daim xatırlayar".
Zaxaryayev yazır: "Mən belə bir təşəbbüslə Azərbaycanın rəhbərliyinə müraciət etmək niyyətindəyəm. Ümidvaram ki, bu təşəbbüs dəstəklənəcək".
Xatırladaq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi igidliyə və şücaətə, dinc sakinlərin təhlükəsizliyinin təminatına görə Albert Aqarunova 1992-ci il iyunun 7-də Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib. O, Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
O vaxt Albert Aqarunovun Milli Qəhrəman medalını Azərbaycan Prezidenti Heydər Əliyev Albertin bacısı Sofya Məmmədovaya təqdim edib.
Albert Aqarunovun məzunu olduğu Bakı şəhəri 154 nömrəli orta məktəb onun adını daşıyır. Məktəbin binasının qarşısında qəhrəmanın büstü qoyulub. Məktəbdə açılan A.Aqarunov mini-memorialı önünə daim tər çiçəklər düzülür, büstü qarşısında məktəb tədbirləri keçirilir.
Quba rayonunda yerləşən Qırmızı qəsəbədə Albert Aqarunovun şərəfinə adlandırılan küçədəki binalardan birinin divarına Milli Qəhrəmanın xatirə lövhəsi vurulub. 2017-ci ildə Bakının Əmircan qəsəbəsində A.Aqarunovun vaxtilə yaşadığı evin divarına xatirə lövhəsi vurulub.
2019-cu il noyabrın 15-də Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin təntənəli açılış mərasimi olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Hava ilə bağlı son məlumat
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
XƏBƏR LENTİ
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb





