Cəmiyyət

“Təhsil xərci müsabiqəsi” ilə bağlı bütün suallar cavablandırılacaq

16 Noyabr 2020 17:41
Baxış: 1 594
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasının Gənclər Fondunun sayca üçüncü dəfə həyata keçirdiyi sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edilib.

Müsabiqə şərtlərinə əsasən, dövlət Ali və orta ixtisas təhsili müəssisələrində qiyabi və əyani təhsil alan və yüksək təhsil göstəriciləri ilə fərqlənən gənclərə, o cümlədən ictimai fəallıq əsas götürülərək, Milli qəhrəmanların övladları, əlil, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclərə, valideynlərindən biri əlil olan (I,II qrup) və aztəminatlı ailədən olan gənclərə üstünlük veriləcəkdir.

Müsabiqəyə müraciətlər 30 noyabr 2020-cu il saat 18:00-dək qəbul ediləcək.

Gənclərdə müsabiqə ilə bağlı yaranan bütün suallara cavab vermək və tələbələrə daha çox məlumat çatdırmaq üçün Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və müvafiq əməkdaşların iştirakı ilə, Fondun rəsmi facebook hesabında 20 noyabr saat 16:00-da canlı yayım baş tutacaqdır.

Bütün gəncləri canlı yayıma qoşulmağa və suallarını yönləndirməyə dəvət edirik!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.