Yol polisi Bakıda sərnişindaşıma şirkətlərinə müraciət etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda sərnişindaşıma ilə məşğul olan şəxslərə müraciət edib.
İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Milli.Az-a bildirib ki, Nazirlər Kabineti Yanında Operativ Qərargahın məlum qərarı və müharibə şəraiti ilə bağlı ölkədə gedən proseslər, əlavə daha ciddi tədbirlərin görülməsi zərurəti yaradır:
"Belə ki, hazırda koronavirusa yoluxma faktlarının çoxalması ciddi narahatçılıq doğurur. Buna görə də yol polisi olaraq sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edirik. Xahiş edirik ki, marşurutlar üzrə avtobusların sayının mümkün qədər artırılmasını, interval müddətinin azaldılmasının, reysqabağı avtobusların dezinfeksiya edilməsini və hərəkət zamanı normadan artıq sərnişinlərin daşınmamasına xüsusi diqqət artırılsın. Sərnişinlər də bu tələblərə ciddi riayət edərək, öz sağlamlıqlarını qorumaq məqsədilə dolu avtobuslara minməsinlər. Eyni zamanda sərnişinlərin qoruyucu vasitələrdən istifadə etməsi və sosial məsafənin qorunması vacib faktordur ki, sürücülər də bunu təmin etməlidir. Ayrıca taksi fəaliyyəti ilə məşğul olanlar da qoruyucu, şəffaf arakəsmələrdən istifadəyə üstünlük verməlidir. Hazırkı durumda zolaqlar üzrə avtomobillərin sıx cərgələnməsi, hər kəsin şəxsi nəqliyyat vasitəsindən istifadə etməsinə üstünlük verməsi, ictimai nəqliyyatdan istifadə edənlərin sayının çoxluğu əsas verir ki, sünüi sıxlığın yaranması ehtimalını artırır. Ləngimə faktlarının qarşısının alınması üçün sürücülər dayanma-durma qaydalarına düzgün riayət etməlidir. Xüsuilə avtobus duracaqları zəbt edilməməlidir".
Ölkənin bəzi ərazilərində həmçinin komendant saatının tətbiq olunduğunu deyən V.Əsədov qeyd edib ki, sürücülər vaxtı elə tənzimləməlidir ki, 21:00-dək öz evlərində ola bilsinlər: "Çünki bu hüquq mühafizə orqanları üçün əlavə yükdür. Ümid edirik ki, vətəndaşlarımız bu çağırışlara və tövsiyyələrə ciddi əməl edəcək. Çünki komendant saatının pozulamsı və kütləvi toplaşmalar düşmən tərəfindən törədilə biləcək terror təhlükəsini yaradır".
Vaqif Əsədov bir daha sürücüləri verilən tövsiyyələrə ciddi əməl etməyə çağırıb: "Bu gün ölkəmiz müharibə vəziyyətidir. Odur ki, hər şey cəbhə üçün, Vətən üçün əsas şüarımız olmalıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib





