Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qədim Gəncənin adının özünə qaytarılmasından 21 il ötür
30 Dekabr 2011 20:41
Baxış: 794
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az-ın Kəpəz TV kanalına istinadən verdiyi xəbərə görə, Yeni ilin gəlişi və Dünya Azərbaycanlıların Həmrəylik Günü ərəfəsində gəncəlilər özlərinin daha bir bayramını qeyd edir. 1989-cu il dekabr ayının 30 dəfələrlə adı dəyişdirilən Gəncənin adı özünə qaytarılıb.
Zaman-zaman Abbasabad, Yelizavetpol, Kirovabad kimi adlandırılan şəhərin sovetlər birliyi dönəmində yenidən Gəncə adlandırılması üçün bir neçə dəfə cəhd göstərilib. Ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə isə bu istiqamətdə konkret addımlar atılıb.
Politoloq Əlvan Kəbirlinin sözlərinə görə, "Xüsusi qeyd etmək lazımdır ki, Heydər Əliyevin Azərbaycan Kommunist Partiyasına rəhbərlik etdiyi bir dövrdə 2 ciddi hadisə baş verdi. Birincisi, Gəncə 2 rayona ayrılaraq onlardan birinə Gəncənin adının verilməsi idi. İkinci addım isə Kirovabadda yeni yaşayış massivinin salınması və həmin qəsəbəyə yeni Gəncə adı verilməsi idi. Bu Heydər Əliyevin ideyası idi və bu ad gəncəlilərdə böyük stimul yaradırdı".
Bundan başqa 1960-cı ildə şəhər partiya komitəsinə başçılıq edən Tofiq Bağırov, 1962-ci ildə tarixçi Süleyman Əliyarov, 1987-ci ildə isə yazıçı-publisist Nüşabə Məmmədli Gəncə adının bərpası istiqamətində səylər göstərib. Ötən əsrin 80-ci illərinin sonlarında artıq gəncəlilər hiss edirdilər ki, şəhərin tarixi adının özünə qaytarılacağı gün uzaqda deyil. Nəhayət ki, bu an gəlib çatdı.
"1989-cu ilin oktyabrında Gəncənin adıyla bağlı toplanan imza kampaniyası şəhər sovetinin sessiyası ilə nəticələndi. Yaxşı xatırlayıram, dövlət tərəfindən məruzəni Nizami Xəlilov, şəhər əhalisi tərəfindən isə məruzəni mən elədim. Möhtəşəm bir coşqu var idi. Hamı zala daxil ola bilmədiyi üçün səs gücləndirilər qoyulmuşdu ki, meydandakı əhali də eşitsin və Gəncənin
bu durumunu Azərbaycan höküməti qəbul etmək məcbur oldu", - Ə.Kəbirli dedi.
Bununla da tarixi ədalətsizliyə son qoyuldu və Gəncə öz əzəli adına yenidən və əbədiyyən qovuşdu. Bu gün hər bir şəhər sakini gəncəli olması ilə fəxr edir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Rauf Arifoğlu 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
-
Azıx mağarası - Azərbaycanlıların ilk evi - (Video)
-
Ankarada təlim vertolyotu qəzaya uğradı - Ölən və yaralılar var - Yenilənib
-
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin nizamnaməsi təsdiq edilib
-
Taleh Qaraşova itki
-
IV kurs tələbəsi vəfat etdi
-
Fatimə izləyicini polisə verdi - (Foto)
-
"Arzum" hansı şərtlərlə həbsxanadan buraxıldı?
-
"WhatsApp"dan yenilik: Telefon nömrəsini paylaşmağa ehtiyac qalmayacaq
-
Tarixi düşüncəni milli yaddaşa çevirən qələmdar- Yunus Oğuzun doğum gününə
-
Azərbaycan klublarından tarixi rekord...
-
Ayan göz yaşları içində paylaşım etdi - (Video)
-
Sumqayıtda özəl tibb müəssisəsində yoxlama: Həkim sənədsiz fəaliyyət göstərib
-
Sabahın havası açıqlandı
-
“Euronews” Prezident İlham Əliyevin Almaniya səfərini geniş işıqlandırıb
-
"Nissan" 168 mindən çox avtomobili geri çağırdı - Səbəb
-
"Arzum" ev dustaqlığına buraxıldı - Məhkəməyə gətirilmə anı - VİDEO
-
Dəniz məhsullarının qiyməti ucuzlaşdı - (Video)
-
Mehdiabadda kişini başından vurub öldürdülər
-
Zaur Baxşəliyev ilk dəfə qardaşı və bacısı oğlunu göstərdi - (Video)
-
Milli Qəhrəmanın bacısı vəfat etdi
-
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi - Nazir qərar imzaladı
-
ABŞ İranla müharibədə neçə milyard xərcləyib?
-
Vinisius Junior çənə əməliyyatı etdirdi - Tanınmaz hala düşdü - (Foto-Video)