Cəmiyyət

Mingəçevir Dövlət Universitetinin təqaüdə ayrılmış müəllimi Gümayev Mirzə Həsən oğlu vəfat edib

30 Sentyabr 2020 19:12
Baxış: 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mirzə müəllim 1939-cu ildə Gürcüstanın Marneuli rayonu Əzizkənd kəndində anadan olub. 1959-1964-cü illərdə Azərbaycan Politexnik İnstitutunun "Маşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər" ixtisasını bitirib.

Milli.Az bildirir ki, 7 iyul 1968-ci ildə Mingəçevir Politexnik Texnikumunda müəllim, daha sonra "Avtomexanika" şöbəsinin müdiri işləyib. Mirzə müəllim 1991-ci ildən 2020-ci il sentyabrın 15-nə qədər Universitetdə fəaliyyət göstərmişdir.

Ömrünün 81-ci payızında həyata vida edən Mirzə müəllimə rəhmət diləyir, MDU ailəsi adından yaxınlarına dərin hüznlə baş sağlığı veririk.

Qeyd edək ki, 2020-ci il 15 sentyabr tarixində təqaüdə ayrılması münasibətilə Mingəçevir Dövlət Universitetində Mirzə müəllimlə görüş keçirilmiş, rektor Şahin Bayramov tərəfindən fəxri fərman və təşəkkürnümə ilə təltif olunan Mirzə müəllim bu görüşdən xoş təəssüratlarla ayrılmışdı.

Allah rəhmət eləsin...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.