Cəmiyyət

Bakının yeni turistik məkanına çevriləcək Bibiheybət - FOTOREPORTAJ

21 Sentyabr 2020 14:32
Baxış: 3 442

Son zamanlar Bakıətrafı kənd və qəsəbələrdə abadlıq işləri genişlənir, gözoxşayan məkanların sayı artır.

Bu cür yerlərdən biri də gələcəkdə turizm marşrutuna salına biləcək Bibiheybət qəsəbəsidir. Əvvəllər bu əraziyə insanlar daha çox Bibiheybət məscidinə ziyarət üçün axın edirdisə, son görülən işlərdən sonra qəsəbənin bütünlüklə turistlərin sevimli məkanına çevriləcəyi gözlənilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, hazırda qəsəbədə abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir. Evlərin qapı-pəncərələri yenilənir, eyvanlara dibçəklər qoyulur, divarlar müxtəlif rənglərə boyanaraq bəzədilir. İşlər tək bununla bitmir.

Bibiheybət qəsəbəsində yollara qəmbər döşənir, bərpaya ehtiyacı olan fasadlar yenilənir, kommunikasiya xətləri də dəyişdirilir. Ərazidə uşaq əyləncə mərkəzləri, söhbətkeşlərin quraşdırılması da gözlənilir.

Xatırladaq ki, abadlıq və yenidənqurma işləri Bakının Balaxanı, Əmircan və Ramanı kimi digər qəsəbələrində də aparılır. Bunlardan əlavə olaraq da, Mərdəkan, Novxanı, Buzovna, və s. kəndlər də turizm məkanına çevriləcəyi bildirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.