Mingəçevir Dövlət Universitetinin əməkdaşları UNEC-in təşkil etdiyi təlimlərdə iştirak ediblər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mingəçevir Dövlət Universitetinin (MDU) professor-müəllim və inzibati-texniki heyət üzvləri Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tərəfindən "Distant təhsildə tədrisin təşkili və metodik təminatı" mövzusuna təşkil olunan təlimlərdə iştirak ediblər. UNEC və MDU arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq, MDU-nun 100-ə yaxın əməkdaşı sözügedən təlimlərə qatılıb.
MDU-dan Milli.Az-a verilən məlumata görə, cari ilin 31 avqust - 4 sentyabr tarixlərində online formatda keçirilən təlimlərin məqsədi ali təhsil müəssisələrinin əməkdaşlarının distant tədris sahəsində bilik və bacarıqlarının artırılmasından olub.
Təlimlər ABŞ-ın Şimali Dakota, Corc Vaşinqton, Kanzas, Klemson, Radford universitetlərində və İsveçrənin Luqano Universitetində fəaliyyət göstərən azərbaycanlı alimlər (Fariz Hüseynov, Sevinc Məmmədova, Səbuhi Sərdarlı, Babək Məmmədov, Əqidə Mənizadə və Əmir Orucov), Türkiyənin Anadolu Universitetinin professoru Cengiz Hakan Aydın və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiya şöbəsinin sektor müdiri Nicat Abbasov tərəfindən keçirilib.
İştirakçılar tərəfindən UNEC-in ali təhsil sahəsində bacarıqların inkişafına mühüm töhfəsi kimi qiymətləndirilən təlimlərdə məruzəçilər "Distant təhsil: ənənəvi təhsillə oxşar və fərqli xüsusiyyətləri", "Distant təhsilin informasiya-resurs təminatı: elektron resurslar və onlayn xidmətlər", "Distant təhsildə interaktivliyin təmini (mühazirə dərslərinin təşkili və keçirilməsi üsulları", "Distant təhsildə sərbəst işlərin yerinə yetirilməsi qaydaları", "Distant təhsildə tələbə motivasiyasını yüksəldən tədris metodları", "Distant təhsildə tələbələrlə dərsdən kənar əlaqənin effektiv qurulması (Google Classroom proqramı)", "Müasir metodlardan istifadə etməklə seminar məşğələlərinin təşkili və qiymətləndirmə üsulları" mövzularında çıxış ediblər.
Beş gün davam edən təlimlərdə fəal iştirak edən MDU əməkdaşlarına UNEC tərəfindən müvafiq sertifikatlar təqdim olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Sabah Məhərrəm ayı başlayır
-
Müdafiə naziri Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
Dövlət Məşğulluq Agentliyi fəaliyyət göstəricilərini açıqladı
-
Baş nazir Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
-
Bakıda torpaq bazarında yeni qiymətlər açıqlandı
XƏBƏR LENTİ
-
Neçə dəqiqəyə günəş yanığı yaranır?
-
Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı
-
Hindistan qozu qabıqlarını yolların altına döşəməyə başladılar
-
Dəqiqələr ərzində hazır: Tavada brauni resepti
-
Elman Paşayevin oğlu həbs edildi
-
Ermənistan ABŞ ilə birgə hərbi təlimlərə başlayır
-
Azərbaycanda xanəndə dünyasını dəyişdi
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Günün qoroskopu: Riskli investisiyalardan uzaq durun
-
İzzət Bağırovun oğlu məzun oldu - FOTO
-
"Space" TV-də yüksək vəzifəyə təyinat
-
“Turan Tovuz” avrokuboka buraxılmadı - CAS-dan yekun qərar
-
Asenanın son halı - tanımaq olmur - FOTO
-
Yeddi il əvvəl əkinə başladı - hər ağacdan 300 kq məhsul götürür – FOTO
-
Köhnə Günəşlidə binada yanğın - VİDEO
-
“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub
-
Pezeşkian ABŞ ilə yekun razılaşmadan danışdı
-
Kafedə yemək yediyi yerdə boğuldu - Xilas edilmə görüntüləri - VİDEO
-
İspaniya Kabo Verde ilə oyunda xal itirib - YENİLƏNİB
-
Matçın ilk 30 dəqiqəsində topa toxunmadı
-
Hörmüzün tam açılacağı tarixi açıqlandı
-
Gəncədə iki avtomobil toqquşub - xəsarət alanlar var
-
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
-
“Qalatasaray” keçmiş futbolçusunu geri qaytarır





