Cəmiyyət

"Bu gün tamaşacılarımın görüşünə sonuncu dəfə gələcəm"

11 Sentyabr 2020 14:29
Baxış: 2 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cümə günü mənim ən sevdiyim gündür. Bu gün həm də mənim üçün çox önəmli gündür. Tamaşacılarımın görüşünə sonuncu dəfə gələcəm.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Lalə Azərtaş deyib. ATV ilə yollarını ayırdığını təsdiqləyən aparıcı bu gün sözügedən kanalda sonuncu dəfə efirə çıxacağını bildirib:

"2002-ci ildə "ATV Xəbər"dəki ilk efirimdə keçirdiyim məsuliyyət var içimdə. Sizi çox sevirəm. Sevildiyimi də hiss edirəm. Bunun üçün sizə sonsuz təşəkkürlərim var... Bu xəbər bilinəndə, iş yoldaşlarımla sağollaşanda çox şeylər yaşandı: səmimi göz yaşları, alqış sədaları, "sevinc"lər... Tamaşaçılardan bəziləri isə gedişimlə baglı fikir bildirəndə bir neçəsi o qədər gözəl vurğulamışdı ki - O, maddiyat üçün illərlə işlədiyi yerdən getmez. Yəqin nə isə səbəb olub.

Bəli, əzizlərim səbəb var. Amma səbəbi məndə qalsın. Hər birimizə uğur olsun. Atv-nin düşünürəm ki, mənə yalnız uğur qazandırdıqları olub, məni bir çox profildən püxtələşdirib. Ona görə doğma kanalıma səmimi və qucaqdolu təşəkkürlərim var. Xəbər kollektivim isə o qədər peşəkardı ki, inanıram hər zaman öndə və baxılan xəbər proqramı olacaq. İnanıram ki, özünə yenə gözəl bir sima yetişdirəcək.

Bizim yaxşı xəbər aparıcılarımız var və olacaq da. Onlardan öz üslübu olanlar hər zaman parıldıyacaq. Kimsə olmasan, kimisə təkrar etməsən, onsuz da sən seçiləcəksən. O baxımdan həmkarlarıma, kanalın dirəyi olan müxbir və redaktorlarıma, bir sözlə bütün "Atv Xəbər" ailəsinə uğur arzulayıram. Bundan sonrakı hər uğurunuz da mənim uğurum olacaq.

Tamaşaçılarım da deyir ki, siz harda olsanız biz sizi izləyəcəyik. Əziz tamaşaçılarım, sizinlə yenidən görüşmək ümidi ilə...".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.