Cəmiyyət

155 əlilə reabilitasiya vasitələri verilib - FOTO

31 Avqust 2020 14:35
Baxış: 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi səyyar xidmətlərini Siyəzən, Xızı, Şabran, Xaçmaz, İsmayıllı, Qəbələ və Oğuz rayonlarında davam etdirib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, həmin 7 rayon üzrə 155 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları 896 reabilitasiya vasitəsi Mərkəzin əməkdaşları tərəfindən həmin rayonlara aparılaraq onlara təqdim edilib.

Bir sıra əlilliyi olan şəxslərin isə yaxın günlərdə reabilitasiya vasitələri ilə təmin edilmələri üçün müayinələri aparılıb və onlardan müvafiq ölçülər götürülüb.

Ümumilikdə bu ilin ötən dövründə Protez-Ortopedik Bərpa Mərkəzi 1000-dən artıq əlilliyi olan şəxsə səyyar formada xidmətlər göstərib. Ehtiyac duyduqları 3764 reabilitasiya vasitəsi onlara yaşadıqları rayon və şəhərlərə, bir qisminə evlərinə aparılaraq təqdim edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.