Cəmiyyət

Türkiyəyə səfər edən azərbaycanlıların sayı azalıb

28 Avqust 2020 09:48
Baxış: 1 545
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin iyulunda Azərbaycandan Türkiyəyə 10 018 turist səfər edib ki, bu da 2019-cu ilin iyulu ilə müqayisədə 92,19 faiz azdır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,07 faiz təşkil edib.

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə 137 397 şəxs səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 71,37 faiz azdır.

2020-ci ilin yanvar-iyul aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı isə 2,53 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2020-ci ilin iyulunda Türkiyəyə 932 927 turist səfər edib ki, bu da ötən ilin iyulu ilə müqayisədə 85,9 faiz azdır.

2020-ci ilin yanvar-iyul aylarında 5 440 406 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 77,97 faiz azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.