Cəmiyyət

"Azərbaycanda koronavirusdan ölüm faizinin az olması qabaqlayıcı tədbirlərin nəticəsidir" - AzTV-də MÜZAKİRƏ

21 Avqust 2020 23:39
Baxış: 1 280
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan dövlətinin koronavirus infeksiyası ilə mübarizə tədbirləri və əldə olunan nəticələr bir çox xarici ölkələrə baxanda qat-qat müsbətdir. İstər xəstəlikdən ölüm sayı olsun, istərsə də yoluxmanın hədsiz çox olmaması, infeksiya ilə mübarizədə atılan əməli addımların nəticəsi hesab olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verilişində koronavirus pandemiyası dövründə görülən qabaqlayıcı tədbirlər, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində səsləndirirlən məsələlər müzakirə olunub. Proqramın qonaqları olan mütəxəssislər, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi katibi Gülzar Əliyeva və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov aparılan müalicə işlərindən bəhs edib, vətəndaşlara tövsiyələrini veriblər.

Qeyd edilib ki, Azərbaycanda pandemiyanın ilk dövründən dövlət tərəfindən mübarizə tədbirlərinə başlanıldı, infeksiyanın fəsadlarının aradan qaldırılması istiqamətində geniş tədbirlər planı təsdiqləndi. Bu tədbirlər effektiv mübarizənin aparılmasa ciddi təkan verdi. Bu gün Azərbaycanda koronavirusdan ölüm faizinin az olması qabaqlayıcı tədbirlərin nəticəsidir. Mütəxəssislər hesab edir ki, yoluxmanın daha da azalması üçün vətəndaşlar qoyulan tələblərə ciddi əməl etməlidirlər.

"Hədəf" proqramını tam şəkildə "YouTube" kanalımızdan izləyə bilərsiniz.

 

https://www.youtube.com/watch?v=KeUgt5KLLgk&list=PLOBkCoG0eyX7xoeRbVe_UDH8-gINYpV42&index=2&t=0s

https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.