Cəmiyyət

Polis paytaxtda qəbul imtahanları keçirilən ərazilərə nəzarəti gücləndirdi - FOTO

21 Avqust 2020 12:11
Baxış: 769
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Paytaxtda bu gün növbəti qəbul imtahanları pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil olunub.

Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətindən Milli.Az-a verilən mlumata görə, imtahan təşkil olunan ərazilərdə kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə iştirakçılar arasında sosial məsafənin qorunmasına və tibbi maskadan istifadə edilməsinə tərəfimizdən nəzarət olunur.

İmtahan keçirilən ünvanlarda polis və Daxili Qoşunların hərbi qulluqçuları xidmət aparır. İctimai təhlükəsizliyin tam və hərtərəfli təmin olunması üçün bütün zəruri tədbirlər təşkil olunaraq icraya yönəldilib, əlavə naryad qrupları xidmətə cəlb olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.