Cəmiyyət

İmişlidə motosiklet kanala düşüb, sürücü ölüb

18 Avqust 2020 21:22
Baxış: 845
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə İmişli rayonunun Qaralar kəndi ərazisində baş verib.

Kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Vasif Məhiyyəddin oğlunun idarə etdiyi motosiklet yoldan çıxaraq kanala düşüb. Nəticədə sürücü hadisə yerində ölüb. Onun sərnişini - Qaralar kənd sakini, 1983-cü il təvəllüdlü Həmidxanov Qəqəni Miri oğlu Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.