Cəmiyyət

DİM: 3 nəfər maksimal bal toplayıb - FOTO

13 Avqust 2020 13:30
Baxış: 1 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda 11-ci siniflər üçün indiyədək keçirilən buraxılış imtahanlarında 3 nəfər 300 bal toplayaraq, maksimal nəticə əldə edib.

Dövlət İmtahan Mərkəzindən Milli.Az-ə verilən məlumata görə, həmin abituriyentlərin ikisi Xırdalan şəhər orta məktəb məzunlarıdırlar.

İmtahanda maksimal nəticə göstərən məzunlar Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin cari il məzunu Orucova Balaqız, Xırdalan şəhər 1 saylı orta məktəbin cari il məzunu Hüseyn Abdullayev və Lənkəran şəhər 10 saylı tam orta məktəbin ötən ilki məzunu Mirənvər İsmayılzadədir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.