Cəmiyyət

AzTV-nin yeni sosial çarxı - "Mən səni Azərbaycan qədər sevirəm" - VİDEO

7 Avqust 2020 17:06
Baxış: 1 134
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Televiziyasının Sosial Media Qrupu şəhidlərin ruhuna ehtiram əlaməti və gənclərin hərbi vətənpərvərlik hisslərinin yüksəldilməsi məqsədi ilə yeni sosial çarx hazırlayıb. Milli.Az bildirir ki, lakonik və ibrətamiz səciyyəli bu yeni layihədə Azərbaycan  və yurd sevgisi konkret bir ailənin timsalında hamının ürəyindən keçən istəkləri əks etdirir.

Videoçarxın ideya müəllifi və rejissoru Nicat Qədimli, operatoru Murad Muradlı, işıqçı Anar Dadaşov, fotoqraf Rauf Mehin, assistentlər Bella Ağazadə və Pərvin Rüstəmov, montaj edəni isə Soltan İbrahimovdur. Layihədə Murad Məmmədov, Nigar Camal və Mələk Rüstəmova aktyor kimi iştirak ediblər.

Çarxı sosial şəbəkələrimizdə izləyə bilərsiniz.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.