Cəmiyyət

Aliment borcunu ödəməyən 943 nəfər həbs edilib

14 İyul 2020 11:08
Baxış: 1 075
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ilin birinci yarımilində aliment borcunu ödəməyən 1215 nəfər inzibati məsuliyyətə cəlb olunub.

Milli.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, onlardan 943-ü həbs edilib. Hazırda aliment borcunu ödəməkdən yayınan 2359 nəfər axtarışdadır. 

Əlavə olaraq inzibati tənbehdən nəticə çıxarmayaraq aliment borcunu qərəzli olaraq ödəməyən 12 nəfər barəsində Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən cinayət işi açılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.