Cəmiyyət

Göyçayda güclü külək və leysan yağışı fəsadlar törədib - FOTO

14 İyul 2020 08:53
Baxış: 1 453
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Axşam saatlarında Göyçay rayonunun Şəkər və Veysəlli kəndlərində güclü küləklə müşahidə olunan leysan yağışı nəticəsində təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan dəyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, təxminən 30 dəqiqə davam edən güclü külək evlərin və tövlələrin dam örtüyünü qoparıb, sellofan örtüklü istixanaları dağıdıb, pomidor və xiyar şitillərini, yetişmiş meyvə-tərəvəz məhsullarını tələf edib, ağacları, eləcə də primitiv tikilmiş hasarları, elektrik və rabitə dirəklərini aşırıb, naqilləri qırıb.

Hazırda bu kəndlərə elektrik və rabitə verilişi dayanıb. Küləyin təsiri nəticəsində dam örtüyü qopan evlər yağış suları altında qalıb. Nəticədə kənd sakinlərinə külli miqdarda maddi ziyan dəyib.

Məsələ ilə bağlı rayon fövqəladə hallar komissiyasına məlumat verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.