Cəmiyyət

Əli Həsənov: “Efirə cəmiyyətin ən nümunəvi insanları gətirilməlidir”

21 Aprel 2010 11:58
Baxış: 293
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Elektron media: dövlət tənzimlənməsi və ictimai nəzarət" mövzusunda keçirilən elmi-nəzəri konfransda deyib. Onun sözlərinə görə, Milli Teleradio Şurası çalışsa da, bazar iqtisadiyyatında hər zaman televiziyaların maddi ehtiyacları ilə cəmiyyətin ictimai tələbləri arasında məqamlar üst-üstə düşmür: "Televiziya elə bir institutdur ki, bütün dövlətlərdə cəmiyyət həyatının aparıcı vasitəsidir. Əgər gələcək nəsilləri sağlam, milli mənəvi dəyərlərlə zəngin görmək istəyiriksə, Azərbaycan mentalitetindən dönmədən, inkişaf etdirərək cəmiyyətimizin ayrılmaz bir hissəsinə çevirmək istəyiriksə, ictimai davranış normalarını getdikcə yüksəltmək istəyiriksə, teleradio fəaliyyətinə, efirə cəmiyyətin ən nümunəvi insanlarını gətirək".

Əli Həsənovun sözlərinə görə, tamaşaçı televiziyada eyni xanəndəni, jurnalisti, eyni insanları görürsə, müvafiq olaraq onlardan da nümunə götürür: "Bəs onlar ən yaxşı nümunədirmi? Təhlil göstərir ki, nümunə deyil. Müasir dövrdə televiziyalara birbaşa təsir etmək də mümkün deyil".

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli isə bildirib ki, Azərbaycanda hazırda mediaməkanda teleradio kanallarının sayı qənaətbəxşdir - 8 ümumölkə üzrə yayımlanan televiziya, 14 regional televiziya, 13 radio: "Azərbaycanda teleradio məkanında vəziyyət ictimaiyyəti ciddi narahat edir. Şura yarandığı ilk gündən məqsəd qoyub ki, inzibati yollarla deyil, qarşılıqlı anlaşma şəraitində problemləri həll etsin. Hazırda ən narahat edən məsələ verilişlərin keyfiyyətidir. Ötən il aparılan danışıqlardan sonra bu vəziyyət yaxşılğa doğru hiss olunurdusa, 2010-cu ilin fevral, mart, aprel aylarında aparılan monitorinqdən göründü ki, şou xarakterli verilişlərin artma tendensiyası var. Son zaman qalmaqallardan bəhs edən verilişlərin sayı artmaqdadır, aparıcıların səhnə, geyim mədəniyyətinin aşağı səviyyədə olması hiss edilir. İstərdik ki, televiziyalarda 50 faizdən çox yerli istehsallı filmlər, kliplər nümayiş olunsun. MTRŞ reklam bazarına bilavasitə təsir edə bilmir, ancaq mədəniyyət kanalının yaradılması digər kanalların reklam bazarına təsir edə bilər".

/Trend/

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.