Cəmiyyət

BƏƏ koronavirusla mübarizə üçün Azərbaycana tibbi yardım göndərib - FOTO

21 İyun 2020 17:09
Baxış: 1 598
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycana koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması üzrə səylərini dəstəkləmək üçün təyyarə ilə 11 ton tibbi ləvazimat göndərib.

Trend-in "Gulf Today"ə istinadən verdiyi məlumata görə, bu addım koronavirusa qarşı mübarizə aparan təxminən 11 min tibb işçisinə kömək edəcək.

Yardımın göndərilməsini şərh edən BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Qubeysi qeyd edib ki, onun ölkəsi və Azərbaycan arasında münasibətlər bir çox sahələrdə fəal inkişaf edir:

"Bu, iki ölkə rəhbərliyinin ortaq görüşü, ümumi maraq doğuran bir çox regional və beynəlxalq məsələlərdə və müxtəlif beynəlxalq forumlarda əlaqələrin, dostluq, anlaşma və qarşılıqlı dəstəyin möhkəmləndirilməsində ilə təsdiqlənir".

Səfir əlavə edib ki, bu gün təyyarə ilə tibbi yardımın göndərilməsi, BƏƏ rəhbərliyinin müxtəlif vəziyyətlərdə, xüsusən də dünyanın hazırkı pandemiya ilə mübarizədə qarşılaşdığı çətinliklər fonunda dost ölkələrə dəstəyinin gösətircisidir:

Qeyd edilir ki, BƏƏ bu günədək 67 ölkəyə 946 ton yardım göndərib və nəticədə 946 mindən çox tibb işçisini dəstək göstərib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.