Cəmiyyət

Sərt karantin günlərində fəaliyyət göstərəcək apteklər açıqlanıb

14 İyun 2020 09:26
Baxış: 3 206
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində tətbiq olunan sərtləşdirilmiş karantin rejimi zamanı yalnız ünvana çatdırılma xidməti göstərməklə apteklərin fəaliyyətinə icazə verilib.

Trend-in "koronavirusinfo"ya istinadən verdiyi məlumata görə, qeyd olunan 9 şəhər və rayonun sakinləri apteklərdən dərman vasitələrini sifariş vermək üçün (012) 914 və *7700 "Qaynar Xətt"inə və www.aptekonline.az internet səhifəsinə müraciət edə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.