Cəmiyyət

Polis mülki geyimdə avtobusları yoxladı, maska taxmayanları cərimələdi - FOTO

13 İyun 2020 12:24
Baxış: 2 050
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda marşrut avtobuslarında maska taxmayan şəxslərə qarşı reyd keçirilib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq üçün ictimai nəqliyyatda reyd keçirilib.

Binəqədi rayonunda keçirilən tədbirdə ictimai nəqliyyatda maskasız olan şəxslər avtobusdan düşürülüb və 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Polis əməkdaşları mülki geyimdə avtobuslara daxil olaraq yoxlama aparıblar. Bu cür reydlər paytaxt ərazisində davam etdiriləcək. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.