Cəmiyyət

Bakı-Sumqayıt şossesində yük avtomobili qəza törədib, xəsarət alan var - FOTO

13 İyun 2020 08:58
Baxış: 1 110
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron rayonunda yük maşını yol-nəqliyyat hadisəsi törədib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Xırdalan qəbiristanlığının yaxınlığında qeydə alınıb.

Elman Ağaməmmədov idarə etdiyi "DAF" markalı yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi beton arakəsmələrə çırpılıb.

Hadisə zamanı sürücü xəsarət alıb, avtomobil isə deformasiyaya uğrayıb.

Sürücünün verdiyi məlumata görə, o, Rusiya Federasiyasından Bakıya qapı gətirirmiş. Yolun bir hissəsinin qazılması, eyni zamanda yağışlı hava şəraiti səbəbindən idarəetməni itirib.

Zərbənin gücündən yük maşınının yanacaq çəni zədələndiyindən avtomobilin yanacağı yola dağılıb.

Əraziyə Dövlət Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.