Cəmiyyət

Qətərin məşhur və unikal tikilisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTO

29 May 2020 07:54
Baxış: 1 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qətər Dövlətinin paytaxtı Doha şəhərinin məşhur və unikal tikilisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Milli.Az aktual.az-a istinadən bildirir ki, Qətər Dövlətinin paytaxtı Doha şəhərinin ən məşhur və unikal tikililərdən biri olan Şeraton otelinin binası üzərində Azərbaycan Respublikasının Dövlət bayrağı əks olunub.

28 May - Respublika günü münasibəti ilə baş tutmuş bu hadisə Qətərdə məskunlaşan soydaşlarımız tərəfindən rəğbətlə qarşılanıb, şəhərin yerli və əcnəbi sakinlərinin marağına səbəb olub.

Xatırladaq ki, indiyə qədər 2 dövlətin bayrağı bu binada işıqlandırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.