Cəmiyyət

Azərbaycan 19 iranlı məhkumu öz ölkəsinə təhvil verib - YENİLƏNİB

27 May 2020 15:59
Baxış: 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:59

19 nəfər iranlı məhkum xüsusi karantin rejiminin tələblərinə əməl edilməklə öz ölkəsinə təhvil verilib.

Bu barədə Milli.Az-a Ədliyyə Nazirliyindən verilən məlumatda deyilir.

Bildirilir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi hüquqi islahatlar çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilir.

Nazirlik 40 ikitərəfli müqavilələrin, o cümlədən cinayət və mülki işlər üzrə hüquqi yardım, ekstradisiya, məhkumların verilməsi üzrə öhdəliklərin icrasını həyata keçirir, 33 ölkənin Ədliyyə nazirlikləri ilə ikitərəfli sazişlər çərçivəsində əməkdaşlıq edir, 17 çoxtərəfli konvensiya üzrə isə səlahiyyətli orqan qismində çıxış edir.

Bunun nəticəsində beynəlxalq hüquqi yardımla bağlı nazirliyə daxil olan sorğuların sayı dəfələrlə artaraq ötən ildə 20 minə çatıb.

Beynəlxalq hüquq əməkdaşlığı çərçivəsində məhkumların verilməsi sahəsində işin dairəsi də genişlənib. Belə ki, bir sıra dövlətlərlə, o cümlədən Rusiya, Ukrayna, Litva, İran, Pakistan və Çin ilə bu sahədə müqavilələr bağlanılıb, eləcə də dövlətimiz Avropa və MDB-nin müvafiq konvensiyalarının iştirakçısıdır. Həmin sənədlər əcnəbi məhkumların cəzalarının qalan hissəsini çəkmək üçün vətəndaşı olduqları ölkələrə verilməsini təsbit etməklə onların hüquqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Son 5 il ərzində Ədliyyə Nazirliyi tərəfindən 161 əcnəbi məhkumun təhvil verilməsinə, xaricdə cəza çəkən 143 soydaşımızın isə Azərbaycana gətirilməsinə nail olunub. Bu tədbirlər, ilk növbədə, məhkumların və onların ailə üzvlərinin mənafelərinin təmin olunmasına, vətəndaşlarımızın ailələrinə yaxın ərazidə cəza çəkmələrinə, yaxınları ilə görüşmək imkanlarının asanlaşdırmasına və sosial adaptasiyasına kömək etməklə həmin məhkumların islah olunaraq sonradan cəmiyyətə normal qovuşmasına xidmət edir.

Azərbaycan və İran Ədliyyə nazirlikləri arasında hüquqi sahədə həyata keçirilən səmərəli əməkdaşlıq çərçivəsində mübarək Ramazan bayramının qeyd olunduğu günlərdə - mayın 27-də ölkəmizdə cəza çəkən 19 nəfər iranlı məhkum xüsusi karantin rejiminin tələblərinə əməl edilməklə öz ölkəsinə təhvil verilib.

---------

14:22

Bu gün 19 iranlı məhbus Azərbaycandan İrana ekstradisiya olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın ədliyyə nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Mahmud Abbasi deyib.

M.Abbasinin sözlərinə görə, məhbuslar Astara sərhəd gömrüyü vasitəsi ilə İrana keçiblər.

Abbasi deyib ki, məhbusların ekstradisiyası İranın Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyinin məsləhətləşmələri nəticəsində baş tutub.

Nazir müavini əlavə edib ki, bu məhkumlar narkotik maddələrin qaçaqçılığı ilə əlaqədar həbs olunublar. İki ölkə arasında məhbusların ekstradisiyası üzrə razılaşma çərçivəsində məhkumlar məhkumluq dövrünün qalan hissəsini İran həbsxanalarında keçirəcəklər.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.