Cəmiyyət

"Turizm fəaliyyəti bərpa edildikdən sonra istirahət zonalarına səfər etmək barədə düşünə bilmərik"

1 May 2020 18:13
0 Şərh     Baxış: 1 064
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Turizm və hotelçilik sahəsi üzrə fəaliyyət bərpa edildikdən sonra da düşünə bilmərik ki, istirahət zonalarına səfər edə biləcəyik.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, vətəndaşlar yaxın bir ildə ənənəvi həyata dönmənin mümkün olmayacağını başa düşməlidirlər.

R.Bayramlı əlavə edib ki, infeksiyaya yoluxma statistikası Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərləri, eləcə də Abşeron rayonu üzrə vəziyyətdə daha diqqətli olmağı tələb edir.

O qeyd edib ki, bir sıra yumşaldılma tədbirlərinin həyata keçirilməsi barədə qərar sosial-iqtisadi amillər nəzərə alınaraq, mühüm təhlillərə əsaslanaraq verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.