Cəmiyyət

Əli bəy Hüseynzadənin qızı İstanbulda vəfat edib

25 Aprel 2020 08:18
0 Şərh     Baxış: 1 655
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turan İstanbulda vəfat edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ötən ilin dekabrında 100 yaşı tamam olan Feyzavər Alpsar vəsiyyətinə uyğun olaraq İstanbulun Zəncirliquyu qəbristanlığında həyat yoldaşının yanında dəfn ediləcək.

Yaxınlarının bildirdiyinə görə, koronavirus pandemiyası ilə əlaqədar olaraq Türkiyədə tətbiq olunan dörd günlük karantin səbəbindən dəfn mərasimi keçirilməyəcək. Feyzavər Alpsar Turan uzun müddətdir ki, Alzaymer xəstəliyindən əziyyət çəkirdi. Azərbaycanın Türkiyədəki səfirliyi faktı təsdiq edib.
Qeyd edək ki, F.Turan Prezident İlham Əliyevin Sərəncamı ilə "Dostluq" ordeni və "Xalq Cümhuriyyətinin 100 illiyi" medalı ilə təltif olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.