Saxta balın ziyanları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər oxucuların diqqətinə çatdırılır.
Agentlikdən Milli.Az-a verilən məlumata əsasən, budəfəki maarifləndirici mövzu isə "Saxta balın ziyanları" haqqında olacaq.
Bal çox qiymətli bir qida məhsuludur. Bal tərkibi çoxlu sayda mineral və vitaminlərlə zəngin olan təam, saysız-hesabsız müalicəvi xüsusiyyətlərini özündə daşıyan qiymətli nemətdir. Can dərmanı hesab olunan balın 40-dək növü var. Rəngi və dadı isə tərkibindəki çiçək və otlardan asılı olaraq dəyişir. Tərkibində 13-20 % su, 80 %-dən çox karbohidrat, 0,4 % zülal, 0,3 % kül var. Bundan başqa, üzvi turşular, fermentlər, mineral və vitaminlərlə zənginliyi balı min bir dərdin dərmanına çevirib. Sağlamlığa olan faydaları ilə yanaşı, dadlandırıcı və qoruyucu kimi qənnadı sənayesində də geniş istifadə olunur.
Bal seçiminə həmişə diqqətlə yanaşmaq lazımdır. Yalnız keyfiyyətli, təbii məhsul orqanizmə faydalı ola bilər. Satışda "bal" adı ilə geniş çeşiddə, zövqlə etiketlənmiş bankalar görmək olur. Saxta bal xoşagəlməz yan təsirlərə, müxtəlif xəstəliklərin meydana gəlməsinə səbəb ola bilər. Bəzən məhsulun tərkibində bakteriya, kif və maya göbələklərinə də rast gəlinir. Xoşbəxtlikdən bakteriya və mikrobların çoxu balda böyüyə və çoxala bilmir, lakin spor əmələgətirən mikroorqanizmlər (Bacillus cereus, Clostridium perfringens) məhsulun tərkibində uzun müddət yaşaya bilər. Saxta balın bir sıra orqanoleptik xüsusiyyətləri təbii balla oxşar olsa da, keyfiyyətli məhsulun tərkibində fermentlər, çiçək tozu və dekstrinlər var.
Saxta bal hazırlanarkən şəkərli məhsul (yemiş, qarpız, şəkər qamışı və şəkər çuğunduru), təbii (dazı otu, çay dəmləməsi, zəfəran), yaxud süni rəngləndiricilər istifadə olunur. Hazırlanmış belə məhsula dadının təbii bala uyğunlaşdırılması üçün az miqdarda xalis bal da qatılır. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, təbii bal və şəkəri ayıran çox mühüm fərqlər vardır. Şəkər həzm sistemində parçalanaraq qana keçir, lakin təbii bal parçalanmadan sürətli şəkildə qana qarışa bilir.
Şəkər tərkibli saxta məhsul qaraciyərin bəzi funksiyalarının pozulmasına səbəb olur. Bundan başqa, aktiv həyat tərzi keçirməyən insanın normadan artıq şəkər qəbulu bir çox xəstəliklərin inkişafına təkan verə bilər. Bu amil məhz xərçəng hüceyrələrinin yaranması, qaraciyər piylənməsi, depressiya və psixi pozğunluqlar, diabet xəstəliyi, normadan artıq çəki, damar tıxanıqlığı, uşaqlarda böyümə hormonlarının ifrazının ləngiməsi və orqanizmin hormonal balansının pozulması, uşaqlarda diqqət dağınıqlığı, dişlərin çürüməsi və buna bağlı böyrək və bağırsaq iltihablanmaları, orqanizmin immun sisteminin zəifləməsi üçün risk faktorudur.
Saxta balı həqiqi baldan ayırmaq üçün el arasında bir çox sınaqlar mövcuddur. Mütəxəssislərin fikrincə, istehlakçıların məhsulun qoxusuna, rənginə və dadına baxaraq keyfiyyətli olub-olmamasını ayırd edə bilməsi mümkün deyil. Təbii məhsulu laborator müayinə nəticəsində mütəxəssislər ayırd edə bilərlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Anası və atalığının zorakılığına məruz qalan uşaq sığınacağa yerləşdirildi – (Video)
-
SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir
-
Bağça müəllimlərinin sertifikatlaşdırma imtahanının tarixi dəyişdirildi
-
Balaxanıda zibilin içindən elə şeylər çıxır ki... - Təəccüblənəcəksiniz
-
Qızıl ucuzlaşdı: Azərbaycanda 1 qramı neçəyə satılır?
-
Elmira Şabanova dəfn edildi - (Yenilənib)
XƏBƏR LENTİ
-
Anası və atalığının zorakılığına məruz qalan uşaq sığınacağa yerləşdirildi – (Video)
-
Azərbaycan XİN Misirə başsağlığı verdi
-
Zaur Kamal: “Zəng edib halımı soruşan yoxdur”
-
Nəfəs: "Məni bacısı kimi görüb deyə öpüb" (Video)
-
SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir
-
Dünənki oyunda ölən rusiyalı azarkeşlə bağlı yeni detallar - (Yenilənib/Foto)
-
Bağça müəllimlərinin sertifikatlaşdırma imtahanının tarixi dəyişdirildi
-
Xalq artisti: "Amansız anayam, qızımı 11 ildir özümdən uzaqlaşdırmışam"
-
Balaxanıda zibilin içindən elə şeylər çıxır ki... - Təəccüblənəcəksiniz
-
“Beşiktaş” – “Qalatasaray” derbisini o idarə edəcək
-
Alen Simonyan Gəncəyə gəlir?
-
Ramiz Mehdiyevin apellyasiya şikayəti ilə bağlı qərar verildi
-
İbrahim Selimin evləndikdən 1 il sonrakı halı: "Qocalıb..." (Fotolar)
-
Qızıl ucuzlaşdı: Azərbaycanda 1 qramı neçəyə satılır?
-
Elmira Şabanova dəfn edildi - (Yenilənib)
-
Avtomobilinizdəki bu detalın içində sərvət gizlənir - Çoxları xəbərsizdir
-
Çempionlar Liqasında hakim oyuna sərxoş çıxdı - (Video)
-
Tanınmış aktyor özündən 26 yaş kiçik xanımı ilə (Video)
-
"Sabah"ın baş məşqçisi təltif olundu (Foto)
-
Daha bir tiktoker saxlanıldı
-
“Tramp marşrutu” ilə bağlı mühüm qərar verildi
-
Elvin Cəfərquliyevdən həmin hesablarla bağlı açıqlama
-
Rusiyada general-polkovnik həbs edildi
-
Bu şəxslərə gündə 100 manat ödəniləcək





