Cəmiyyət

Daha 10 min işsizə birdəfəlik vəsait ödənildi

10 Aprel 2020 23:04
1 Şərh     Baxış: 2 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən daha 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb.

Milli.Az xəbər verir ki, bu barədə ƏƏSMN-nin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, bu barədə onların müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə SMS göndəriləcək:

"Mesajı aldıqdan sonra onlar evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də "Azərpoçt" MMC qeyd edilibsə - istənilən poçt şöbəsinə, SMS-də bank göstərilibsə - həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.

Dünəndən işsiz şəxslərin birdəfəlik ödəmə ilə təminatına başlanıb və ötən gün də 10 min şəxsə ödəniş edilib".

"İşsiz kimi qeydiyyata alınan şəxslərə ödəmələrin verilməsi gündəlik olaraq davam edəcək və digər işsiz şəxslər də bu dəstəklə təmin olunacaqlar", - deyə o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.