Mədəniyyət Nazirliyi fəaliyyətini karantin rejiminə uyğun tənzimləyib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mədəniyyət Nazirliyinin fəaliyyəti xüsusi karantin rejimi ilə bağlı qərara uyğun olaraq tənzimlənir.
Milli.Az bildirir ki, bununla bağlı Mədəniyyət Nazirliyinin Aparatında məsul şəxslərin və əməkdaşların növbətçilik qrafiki üzrə iş rejimi həyata keçirilir. Eyni zamanda, Nazirliyin Aparatında, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional idarələrində, eləcə də aparıcı mədəniyyət müəssisələrində 30 mart tarixindən etibarən videokonfans rejimində fəaliyyət davam etdirilir. Həmçinin, sosial izolyasiya və karantin rejimi ilə bağlı fəaliyyətini müvəqqəti dayandırmış müəssisə və təşkilatların əməkdaşlarının evdən distant iş formasında işləməsi təmin edilib.
Mədəniyyət Nazirliyi, eyni zamanda mədəni irsimizin və incəsənətimizin televiziya və internet üzərindən insanlara dolğun şəkildə çatdırılması üçün silsilə layihələr həyata keçirir.
Bu məqsədlə həyata keçirilən mədəni təşəbbüs və layihələr böyük maraqla qarşılanır. MN-nin təşəbbüsü ilə başladılan "Evdə qal, evdə yarat" kampaniyasına yaradıcı insanlarımız öz dəstəyini verir.
Nazirlik və Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalı tərəfindən "Bizi birləşdirən mədəniyyət" adlı telelelayihələr həyata keçirilir. Aprelin 1-dən televiziya ilə gündəlik musiqi dərsləri, Beynəlxalq Muğam Mərkəzindən tanınmış ifaçıların iştirakı ilə canlı konsert proqramlarının yayımı başlanıb. Layihə çərçivəsində uşaqlar üçün kukla, böyüklər üçün mono tamaşaların nümayişi də nəzərdə tutulur.
Martın 27-dən etibarən ölkəmizin bütün televiziya kanallarında "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan bədii filmlərin ödənişsiz olaraq nümayiş etdirilməsinə şərait yaradılıb. Nazirlik və telekanalların əməkdaşlığı əsasında mədəni irsimiz və incəsənətimizin digər sahələri bağlı birgə layihələr də hazırlanır.
Nazirliyin rəsmi internet saytında (mct.gov.az) və sosial şəbəkə səhifələrində mədəniyyətimizin bütün spektri ilə yaxından tanış olmaq üçün elektron resurslar, faydalı mənbələrə keçidlər var. "Uşaq musiqi və incəsənət məktəbləri tədris potalı"nda (http://music.mctgov.az/) müxtəlif musiqi alətləri üzrə nümunəvi video-dərsləri yerləşdirilib.
Teatrlar fəaliyyətlərini müvəqqəti dayandırsalar da, repertuarlarından seçmə tamaşaları Youtube kanalı və sosial şəbəkə səhifələrindən nümayiş etdirirlər. Kitabxanalarımızın zəngin elektron resurslarından istifadə imkanları, onlayn xidmətləri bu günlər daha da genişləndirilir.
İnsanlar evlərində oturub muzeylərimizin ekspozisiyalarını virtual ziyarət edə, mədəni irsimizlə bağlı onlayn mühazirələr dinləyə, maraqlı məlumatlar ala bilərlər. Mədəniyyət qoruqlarını internet virtual ziyarət imkanları da mövcuddur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
XƏBƏR LENTİ
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)





