Cəmiyyət

Azərbaycanda koronavirusun az təsir etdiyi sahələr açıqlandı - VİDEO

30 Mart 2020 23:45
Baxış: 4 932
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pandemiyanın minimal təsirinə məruz qalan və ya heç təsir etmədiyi sektorlar rabitə və maliyyə, bank və sığorta sektorlarıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Televiziyasında (AzTV) "Hədəf" verilişinin qonağı olan İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir buna səbəb kimi bu sektorun işçilərinin aldığı yüksək əmək haqqını göstərib:

"Burada biz işçinin real maaşını və ya orta aylıq əmək haqqını maksimal hədd olaraq götürürük. Həmrəylik konsepsiyasından çıxış edərək yüksək əmək haqqı alan işçilərin dəstəyə ehtiyacının digərlərinə nisbətən daha fərqli olduğunu etiraf etməliyik. Bu istiqamətdə əsas baxış bucağımız minimal təsir və yaxud təsirsiz ötüşmədir".

M.Cabbarov əlavə edib ki, pandemiya ölkədə dövlət və sahibkarlar, hakimiyyətlə xalq arasında olan həmrəyliyə bir daha şahid olmağımıza imkan yaradıb.

Nazir qeyd edib ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna həm dövlət başçısının, həm də sahibkar və vətəndaşların ianələri bu baxımdan milli birliyimizin daha bir təzahürüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.