Türkiyədəki Azərbaycan vətəndaşlarının üzləşdiyi məsələlərin həllinə dəstək verilir - Səfirlik
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bölgəmizdə yeni tip koronavirus (COVİD-19) pandemiyası yayılmağa başlayandan etibarən Azərbaycanın Türkiyədəki səfirliyi dövlət siyasətinin tərkib hissəsi kimi Azərbaycan vətəndaşlarına mümkün dəstək göstərmək istiqamətində fəaliyyətini davam etdirir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu ifadələr səfirliyimizin mövzu ilə bağlı yaydığı açıqlamada əksini tapıb. Bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunduğu kimi ilk növbədə xüsusi ehtiyac duyan vətəndaşlarımızın ölkəmizə geri qayıtmasının təmin edilməsi daxil olmaqla müvafiq tibbi ləvazimatların əldə edilməsi, təcrübə mübadiləsinin aparılması, Türkiyə daxilində vətəndaşlarımız üçün inzibati və lojistik məsələlərin həlli və digər istiqamətlərdə son iki həftədə gün ərzində gücləndirilmiş rejimdə fəaliyyət göstərmişdir. Həmçinin, Bolqarıstan-Türkiyə sərhədində Türkiyəyə girişləri qadağan olan ölkələrdən gələn vətəndaşlarımızın bu ölkəyə keçidini təmin etmək üçün ilk olaraq sərhəddə qalan 28 azərbaycanlının sərhədi keçməsinə nail olunmuş, daha sonra neytral zonada qalan 14 vətəndaşımızdan 11-nin Bolqarıstana keçməsinə şərait yaradılmış, sərhəddə qalan digər 3 vətəndaşımızın isə Türkiyəyə keçidini təmin etmək üçün iki həftədir bütün rəsmi diplomatik kanallarla təmaslar saxlanmışdır. Bu gün həmin 3 vətəndaşımızın Türkiyə ərazisində 2 gün karantində qalmaq şərtilə xarici vətəndaşlar üçün tam bağlı olan sərhədi keçməsi təmin edilmişdir.
Yuxarıda göstərilənlərə görə, Türkiyə hökumətinə, xüsusilə də Xarici İşlər Nazirliyinə dərin minnətdarlıq ifadə olunur.
Daha sonra vurğulanır ki, Azərbaycanın Türkiyədəki səfirliyi tam tərkibdə və gücləndirilmiş rejimdə fəaliyyət göstərərək vətəndaşlarımızın üzləşdiyi məsələlərin konsulluq yardımı müstəvisində həllinə dəstək verməkdə davam edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qış gəlməmiş bunu edin - Qaz pulunuz çox gəlməsin
-
Bu il neçə köhnə cinayətin üstü açılıb? - Baş prokuror açıqladı
-
Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər?
-
Milli Məclisdə 16 mühüm məsələ müzakirə olunacaq
-
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
-
Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - Dosye
XƏBƏR LENTİ
-
Azad edilmiş ərazilərdə 1673 mina və sursat zərərsizləşdirildi
-
Qış gəlməmiş bunu edin - Qaz pulunuz çox gəlməsin
-
ABŞ gəmisi vuruldu - 8 hərbçi yaralandı
-
Bu il neçə köhnə cinayətin üstü açılıb? - Baş prokuror açıqladı
-
Zelenski hücumda ölən azərbaycanlı Abbasla bağlı başsağlığı verdi
-
Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - (Video)
-
Tramp süni intellektlə bağlı bəyanat verəcək
-
Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər?
-
Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlərə layiqli cəzalar verilib - Baş Prokuror
-
Vətən müharibəsi qazisi, tanınmış aşpaz vəfat etdi
-
Kiyevdə dron hücumu zamanı azərbaycanlı öldü - (Foto)
-
Milli Məclisdə 16 mühüm məsələ müzakirə olunacaq
-
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
Estetik əməliyyat sonra paylaşımı gündəm oldu: “Zənginsinizsə, çirkin deyilsiniz!”
-
Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - Dosye
-
İstanbul su altında qaldı - (Video)
-
Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib
-
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - Sərəncam
-
Bakıda yeni tunel tikiləcək: Nəqliyyatın hərəkəti dəyişdirilir - (Video)
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
-
Qızıl ucuzlaşdı
-
Azərbaycanda 3 günlük istirahət olacaq - Tarixlər
-
Rusiya ordusunun itkiləri açıqlandı





