Cəmiyyət

DİN-dən sosial şəbəkədə yayılan sənədlə bağlı AÇIQLAMA

27 Mart 2020 20:40
Baxış: 8 727
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Teymur Hacıyevin adından yayılan sənəd saxtadır.

Bunu Milli.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.

O qeyd edib ki, hazırda daxili işlər orqanları xüsusi rejimli karantin rejiminin tələblərindən irəli gələn məsələləri icra etməkdədir: "Sosial şəbəkələrdə yayılan bu məlumat yalandır. Vətəndaşları rəsmi olmayan məlumatlara inanmamağa çağırıram".

Qeyd edək ki, sosial şəbəkələrdə BŞBPİ-nin rəis müavini Teymur Hacıyevin adından yayılan sənəddə sabah saat 06:00-dan etibarən şəxsi avtomobillərin hərəkətinə və insanların küçəyə çıxmasına qadağa qoyulduğu yazılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.