Dövlət adından yaradılan publik hüquqi şəxslərin öhdəlikləri müəyyənləşdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nazirlər Kabineti "Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması"nda dəyişiklik edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Publik hüquqi şəxs nizamnaməsinə müvafiq olaraq həyata keçirdiyi işlər, layihələr, xidmətlər, proqramlar həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsinin xərclərinin funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində ayrılan vəsaitin (bundan sonra - məqsədli vəsait) icrası məqsədilə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsində (1 nömrəli əlavə) göstərilən tədbirlər üçün Qaydaya uyğun olaraq Orqan və ya Nazirliklə müqavilə bağlayır.
Publik hüquqi şəxs bu dövlət sifarişinin icrasını və ondan irəli gələn digər öhdəlikləri qəbul edir.
Vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini - yanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edir.
Vəsaitlərin ödənilməsi "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rüblər və aylar üzrə bölgü nəzərə alınmaqla aparılır.
Bu Müqavilə üzrə maliyyələşmə Publik hüquqi şəxs və ya onun tabe olduğu dövlət orqanının (qurumun) təqdim etdiyi sifariş sənədləri əsasında rüblər və aylar üzrə bölgü nəzərə alınmaqla, Nazirlik tərəfindən aparılır və maliyyələşdirilmiş vəsait bu Müqavilə əsasında Publik hüquqi şəxsin bank hesabına köçürülür.
Bu Müqavilə əsasında Publik hüquqi şəxsin həyata keçirəcəyi tədbirlər üzrə xərclər bu məqsədlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitdən çox olmamalıdır. Bu xərclərin büdcədən artıq olan hissəsinə Nazirlik təminat vermir və çatışmayan vəsait cəlb olunan digər mənbələrdən əldə edilə bilər.
Qərarda edilən dəyişikliyə əsasən tərəflərin yeni hüquq və öhdəlikləri müəyyənləşib.
Belə ki, publik hüquqi şəxsin hüquqları aşağıdakılardır:
- Müqavilənin icrası ilə bağlı əlavə məlumatlara ehtiyac yarandıqda, Orqana və ya Nazirliyə sorğular vermək;
- Orqandan və ya Nazirlikdən Müqavilənin tələblərinə riayət edilməsini tələb etmək.
Eyni zamanda dəyişikliklə publik hüquqi şəxsin öhdəlikləri aşağıdakı kimi müəyyənləşib:
- Bu Müqavilənin 1 nömrəli əlavəsində nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək;
- vəsaitlərin təyinatı üzrə istifadə edilməsini təmin etmək;
- vəsaitlərdən istifadə barədə hesabatları bu Müqavilənin 5-ci hissəsi ilə müəyyən olunmuş qaydada tərtib və təqdim etmək;
- bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi zamanı forsmajor hallar olduqda, dərhal Nazirliyə və ya Orqana məlumat vermək.
Qərarda edikən növbəti dəyişikliklə Orqan və ya Nazirliyin hüquqları da aşağıdakl kimi müəyyən olunub:
- publik hüquqi şəxsdən bu Müqavilənin tələblərinə riayət edilməsini tələb etmək;
- publik hüquqi şəxs dövlət sifarişinin icrasını və ondan irəli gələn öhdəlikləri yerinə yetirmədikdə, bu Müqavilə əsasında vəsaitlərin ödənilməsini müvəqqəti olaraq dayandırmaq.
Dəyişikliklə müəyyən olunmuş Orqanın və ya Nazirliyin öhdəlikləri aşağıdakılardır:
- Müqavilənin sənədləşməsinin düzgün aparılmasına nəzarət etmək;
- vəsaitlərin istifadəsi barədə publik hüquqi şəxsin hesabatları əsasında vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək.
Qərarda qeyd olunub ki, Müqavilənin icrasına fors-major hallar təsir göstərərsə, Tərəflər bu Müqavilə üzrə öhdəliklərinin icra edilməməsi üçün məsuliyyət daşımırlar.
Fors-major hallara Tərəflər tərəfindən nəzarət edilməyən, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, əvvəlcədən nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir.
Bunlara müharibələr və ya inqilablar, epidemiyalar, epizootiyalar, karantinlər, daşqınlar, zəlzələlər, digər təbii fəlakətlər və fövqəladə hallar, embarqolar, həmçinin Müqavilənin şərtlərinə təsir edən qanunvericilikdə edilən əhəmiyyətli dəyişikliklər, dövlət orqanlarının (qurumlarının) qərarları aid edilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
XƏBƏR LENTİ
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)





