Sumqayıtda mədəniyyət müəssisələri dezinfeksiya edilir.
Mədəniyyət Nazirliyindən Milli.Az-a verilən məlumata görə, koronavirus ("2019-nCoV") yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, həmçinin sürətlə yayılmaqda olan koronavirus pandemiyasına qarşı Sumqayıt Regional Mədəniyyət İdarəsi və tabe müəssisələrdə dezinfeksiya işləri davam etdirilir.
Dezinfeksiya bu sahədə ixtisaslaşmış şəxslər tərəfindən həyata keçirilib.
Milli.Az