Cəmiyyət

Koronavirusun qarşısını almaq üçün verilən ən yaxşı qərarlardan biri evdə qalmaqdır - UNİCEF

19 Mart 2020 23:06
1 Şərh     Baxış: 2 178
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

COVID19 virusunun yayılmasının qarşısını almaq üçün Novruz bayramı günlərində insanların verə biləcəyi ən yaxşı qərarlardan biri evdə qalmaq və sosial məsafə saxlamaqla məsuliyyət nümayiş etdirməkdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu məlumatı UNİCEF-in Azərbaycandakı nümayəndəliyi yayıb.

Məlumatda qedy edilir ki, uşaqlarla bir yerdə evdə etdiyiniz fəaliyyətləri #EVDƏQAL həştəqindən istifadə etməklə bizimlə bölüşə bilərsiz:

"Uşağınız sizinlə hansı yeməyi hazırlamağı sevir? Ən sevdiyiniz Novruz bayramı şirniyyatlarını birlikdə bişirməyə çalışın. Onlara şirniyyatları bəzəməyə və ya xəmir yoğurmağa icazə verməklə, nəinki əylənəcək, həm də onların kiçik motorika bacarıqlarını inkişaf etdirmiş olacaqsınız. Bəs siz evdə uşağınızla hansı fəaliyyətləri edirsiniz? Uşaqlarla bir yerdə evdə etdiyiniz fəaliyyətləri #EVDƏQAL həştəqindən istifadə etməklə bizimlə bölüşə bilərsiz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.