Cəmiyyət

Aydan Salahova karantindən görüntülərini yaydı - VIDEO

16 Mart 2020 13:29
8 Şərh     Baxış: 6 194
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq rəssamı Tahir Salahovun rəssam qızı Aydan Salahova koronavirus şübhəsi ilə karantinə alınıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, infeksiyanın çox yayıldığı İtaliyadan qayıdan Aydanın evi və əşyaları da nəzarətə götürülüb. Hazırda karantində olan rəssam görüntülərini İnstaqram-da yayımlayıb.

O bildirib ki, otaqdan çıxmasına icazə verilmir:

"Mənə palata veriblər, içəridə ancaq özüməm. Vanna otağı, siqaret çəkmək üçün eyvan var. Otaqdan çıxmağa icazə verilmir. İtaliyadan gələndə yanımda nə var idisə, hər şeyi götürüblər.

Mənə elə gəlir ki, çoxları epidemiyanın, pandemiyanın nə olduğunu anlamır. Dövlət hansısa qanunlar qəbul edirsə, onlara inanmalıyıq. İndi xəbərləri dinləmək, deyilənləri etmək ərəfəsidir. Bunların hamısına İtaliyada şahid olmuşam. İtalyanlar da inanmırdılar, aktiv ünsiyyəti davam etdirdilər və sonra bir-bir ölməyə başladılar. Əgər evdə otursaq, insanlara və xəstəliyin yayılmasının qarşısının alınmasına kömək edəcəyik. Hamı karantindən qorxur. Qorxmaq lazım deyil".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.