Cəmiyyət

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

12 Mart 2020 08:32
0 Şərh     Baxış: 832
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınlb.

"Tofaş" markalı avtomobillə "Mercedes" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində 1968-ci il təvəllüdlü Məmmədov Eldar Heydər oğlu və 1952-ci il təvəllüdlü Abbasova Süsənbər İsmayıl qızı müxtəlif bədən xəsarətləri alıb. Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, S.Abbasovanın vəziyyəti ağırdır. Ona ağır kəllə beyin travması, aşağı ətrafların sınığı diaqnozu qoyulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.