Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki "VAZ 2106" markalı minik maşınları toqquşub. Qəza zamanı bir nəfər - 1964-cü il təvəllüdlü Abbasov Muraz Tofiq oğlu xəsarət alıb. Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az