Ağstafada iki "VAZ" markalı avtomobil toqquşub, xəsarət alan var - FOTO

5 Mart 2020 21:11

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  hadisə Bakı-Qazax magistral yolunun rayonun Qırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki "VAZ 2106" markalı minik maşınları toqquşub. Qəza zamanı bir nəfər - 1964-cü il təvəllüdlü Abbasov Muraz Tofiq oğlu xəsarət alıb. Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az