Cibimizə girən lombardlar: Fəaliyyətləri nəzarətə götürüləcək - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər gün bir yerdə ofis açır, 3 ay işləyir, 3 aydan sonra gedirsən ki, obyekt yerində yoxdur. Yerini dəyişir, camaatı aldada-aldada vaxt qazanır.
Milli.Az bildirir ki, ARB TV-nin efirində yayınlanan "Günə doğru" verilişində lombardların fəaliyyəti ilə bağlı süjet yayımlanıb.
Azərbaycanda lombardların fəaliyyətinə nəzarət gücləndiriləcək. Hazırda onların işini tənzimləyən hüquqi mexanizm olmadığından vətəndaşların aldadılması hallarına tez-tez rast gəlinir.
Sakin: "Onlar müştərilərin ziynət əşyalarını həvəslə götürürlər. Ancaq həmin əşyanı götürməyə gedəndə deyirlər ki, gecikmisən, əşyaların yoxdur, yaxud da gedirsən obyekti yerində tapa bilmirsən".
Hazırda lombard fəaliyyəti üçün xüsusi razılıq tələb olunmur. Yəni istənilən şəxs MMC şəklində lombard açaraq fəaliyyət göstərə bilər.
Rəşad Həsənov - İqtisadçı: "Sahibkarlar, sadəcə, gedib, qeydiyyatdan keçərək, fiziki şəxs kimi fəaliyyətə başlaya bilir. Və bu da, öz növbəsində, təbii ki, müxtəlif risklərə səbəb olur. Bir çox hallarda vətəndaşlar tərəfindən lombardlara təqdim olunan hansısa aktivlər xüsusilə də qızıl-ziynət əşyaları olur. Bunların da aşağı qiymətləndirilməsi həyata keçirilir".
Banklara nisbətən asan şərtlərlə xidmət göstərən lombardlar bəzən girov qismində aldıqları qızıl-ziynət əşyalarını başqa məqsədlər üçün istifadə edirlər.
Samir Qasımov - Vəkil: "Onun istifadəsi və digər şəxsə verilməsi lombarda qadağan olunur. Hətta həmin əşyaların qiyməti lombard tərəfindən mütləq sığortalanmalıdır. Əgər hər hansı bir hadisə nəticəsində oğurluq və s. o əşyalar məhv olarsa, onda sığorta şirkəti əşyaların sahibinə pulu ödəsin".
Ekspertlərin sözlərinə görə, hazırda aktual problemlərdən biri lombard fəaliyyətinə nəzarət mexanizminin olmamasıdır.
Rəşad Həsənov - İqtisadçı: "Bu insanlar öz fəaliyətini qanun çərçivəsində həyata keçirmir. İnsanlarla müqavilə əsasında bu xidmətləri təklif etmirlər. Və yaxud da təklif etdiyi halda belə onlar artıq faəliyətini dayandırdıqda ölkəni tərk etmiş olurlar. Artıq bu insanlarla bağlı hər hansı Azərbaycan qanunvericiliyinə uyğun olaraq müvafiq cəza tədirlərinin həyata keçirilməsi, məhkəmə qərarlarının icrası mümkün olmur".
Samir Qasımov - Vəkil: "Hazırda lombard təşkilatlarının lisenziyalaşdırılması gözlənilir. Lisenziya üçün müraciət edən və lisenziya alan lombard təşkilatları daha ciddi prosedurlardan keçəcək ki, nəticədə də bu tip qanunsuz halların sayı azalacaq".
Xatırladaq ki, ötən ilin sonlarında Milli Məclisdə lombardlar haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Yeni formalaşan parlamentin də ilk müzakirə mövzularından birinin məhz bu məsələ olması gözlənilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
XƏBƏR LENTİ
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"





