Cəmiyyət

Ucarda quldurluq edən şəxslər tutulub

18 Fevral 2020 08:48
0 Şərh     Baxış: 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ucar rayonunun Qarabörk kəndi ərazisində İmişli rayon sakini Telman Elşad oğlu Quliyev,  Mingəçevir şəhər sakini Müşviq Mehdi oğlu Səmədov və Bakı şəhər sakini Seyidəhməd Ramiz oğlu Daşdəmirov qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşərək Yevlax rayon sakini Anar İsmayıl oğlu Qəribova  həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq ediblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, onlar  A.Qəribovun alın nahiyəsindən  bıçaqla xəsarət yetirərək 123 manat pulunu alıblar.                                                                                                    

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən hər 3 şəxs saxlanılaraq istintaqa cəlb olunublar.      

Faktla bağlı CM-nın müvafiq maddələri ilə cinayət işi açılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.