Cəmiyyət

Bakıda müştəri taksi çağırdı, aldığı cavabdan ŞOKA DÜŞDÜ - BOLT-DAN ŞİKAYƏT

14 Fevral 2020 13:57
14 Şərh     Baxış: 18 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az-ın redaksiyasına taksi şirkəti kimi fəaliyyət göstərən BOLT-dan oxucu şikayəti daxil olub.

Şikayəti olduğu kimi təqdim edirik:

"Məktəbdən uşaqları götürüb evə aparmaq istəyirdim. Hava yağışlı olduğu üçün taksidən istifadə etmək qərarına gəldim. Tətbiq vasitəsilə BOLT-dan istifadə etdim və taksi sifariş etdim. 99UJ740 dövlət nişanlı "Chevrolet Cruze" avtomobili idarə edən İlqar adlı sürücü 5 dəqiqəyə yaxınlaşmalı idi. Vaxt keçdikdən sonra yanımıza həmin taksi yaxınlaşdı və dayanmadan yolunu davam etdi. Tıxac olduğu üçün uzağa gedə bilmədi. Ona çataraq sürücüyə işarə etdim ki, dayansın. Sürücü pəncərəni aşağı saldı və mən ona bildiridim ki, müştərisi mənəm. Aldığım cavabdan şoka düşdüm: "Mən uşaqları avtomobilimə mindirmirəm". Düşünürəm ki, belə bir hal varsa, bu mənə, yəni müştəriyə, əvvəlcədən bildirilməli idi. Xahiş edirəm ki, o sürücü barədə ciddi ölçü götürülsün, onunla əməkdaşlıq edilməsin və heç bir taksi şirkəti onunla işləməsin".

Qeyd edək ki, sözügedən şirkətlə dəfələrlə əlaqə saxlamaq cəhdimizə baxmayaraq, buna nail ola bilmədik.

Aslan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.