Bu avtomobili görənlərin yadına Aşıq Pənah düşür - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Salyanlı mərhum ustad aşıq Pənah Pənahovdan yadigar qalan ZİM markalı avtomobili şəhərin küçələrində görəndə çoxları ayaq saxlayaraq maraqla bu retro maşına baxır. Onlara maraqlı gələn bu retro avtomobilin indiyədək saz vəziyyətdə saxlanılmasıdır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Aşıq Pənahın maşın sürməyə həvəsi olmadığından bu avtomobili bir müddət qardaşı Fazil idarə edib. Daha sonra Aşıq Pənah özü sükan arxasına keçib. Bu gün isə avtomobili aşığın oğlu 60 yaşlı Taleh Pənahov qoruyub saxlayır: "Bu avtomobil Aşıq Pənah tərəfindən 1956-cı ildə alınıb. ZİM-dən həmin vaxt Bakı şəhərində 3 ədəd satışa buraxılıb. Atam bu maşını lotereyada udduğu pulla alıb. Mən 1960-cı ildə anadan olmuşam. Əmim məni ilk dəfə 8 aylığımda bu maşının içində otuzdurub. Məndə həmin gündən xatirə qalan şəkil də var. Bu maşın mənim üçün çox qiymətlidir, 60 ildir qoruyub saxlayıram. Övladlarıma da nəsihət vermişəm ki, atamın yadigarı olan bu avtomobili həmişə qorusunlar".
Vaxtilə Azərbaycanın bir çox görkəmli sənət adamları bu maşınla müxtəlif şəhərlərə qastrol səfərlərinə gediblər. Hətta bu maşından toy mərasimlərində də istifadə olunub.
Aşıq Pənahın oğlu Taleh Pənahov deyir ki, Süleyman Rüstəm, Mirzə İbrahimov, Qabil, İlyas Tapdıq, İslam Rzayev, Tükəzban İsmayılova, Ağaxan Abdullayev bu maşınla səfərə çıxıblar. Bu avtomobil, həmçinin toy mərasimlərində gəlin maşını kimi də sürülüb. Bir çox rayonlarda, Bakının kəndlərində el şənliklərində sifariş olunub.
Maraqlı məqamlardan biri də avtomobildə elə Aşıq Pənahın vaxtından qalan köhnə nömrənin saxlanılmasıdır. Taleh Pənahov bildirir ki, bu maşını almaq istəyənlər çoxdur. Amma ZİM ata yadigarı olduğu üçün satmayıb və bu barədə heç düşünmür də. Çünki Salyanın küçələrində hər kəs bu ZİM-i görən kimi ustad Aşıq Pənah yada düşür, haqqında xoş xatirələr dilə gətirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
-
Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə
-
"Kapital Bank" nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
-
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
-
Kağız sənədlərlə bağlı yeni qərar
XƏBƏR LENTİ
-
Bakıda arvadını pul vermədiyi üçün tava ilə döydü
-
Pünhan toyunda həmkarlarını "ağ yuyub, qara sərdi": "Çoxunun məni gözü götürmür" - (Video)
-
"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satılıb
-
Merve Özbeyin konsertdə başına iş gəldi: Xəstəxanaya aparıldı
-
Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
-
"“Fənərbağça” “Turan Tovuz”la oyuna görə pul alıb" – Emre Bol
-
İbrahim Borçalının evində şad gün (Foto)
-
Bu olsa, Kənan Yıldız "Real"a transfer olunacaq
-
Elgiz bağ evini nümayiş etdirdi - (Video)
-
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə
-
Rusiyada ayılara görə bəzi məktəblər bağlandı
-
"Kapital Bank" nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
-
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
-
Ararat Mirzoyan Tehrana getdi
-
Kağız sənədlərlə bağlı yeni qərar
-
Bu ilin 9 ayı ərzində Səfərbərlik Xidmətində 144 nəfərlə bağlı materiallar prokurorluğa göndərilib
-
Prezidentin təltif etdiyi Jalə Əliyeva kimdir? - Dosye





