Cəmiyyət

Nazirlər Kabineti ümumtəhsil müəssisəsinin maliyyələşdirilməsi qərarını izah edib

10 Fevral 2020 22:20
Baxış: 1 392
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisəsini maliyyələşdirmə Normativləri"nin təsdiq edilməsi barədə" qərara aydınlıq gətirib.

Milli.Az bildirir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu normativlər Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrinin cari fəaliyyətini həyata keçirmək üçün büdcə vəsaitlərinə olan tələbatın proqnozlaşdırılması qaydasını özündə təsbit edir.

Sözügedən təhsil müəssisələrinin növbəti maliyyə ili üçün xərc növləri üzrə maliyyələşdirmə normativlərinin həddinin formalaşması cari ildə bu sahəyə ayrılan faktiki büdcə təxsisatlarının (vəsaitlərinin) həddindən asılı olaraq müəyyənləşdiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.