Cəmiyyət

Bakı metrosunda sərnişin özünü qatar yoluna atdı

7 Fevral 2020 21:24
0 Şərh     Baxış: 2 471
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı metrosunda daha bir həyəcanlı an yaşanıb.

Milli.Az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə bu dəqiqələrdə metronun "Nəriman Nərimanov" stansiyasında baş verib.

Qatar stansiyaya yaxınlaşarkən bir nəfər özünü qatar relsinə atıb. Maşinist dərhal qatarı saxlayıb. Xətt cərəyandan ayrılıb və həmin şəxs qatar yolundan çıxarılaraq polisə təhvil verilib.

Hadisə nəticəsində qatarların ümumi intervalında 10 dəqiqə gecikmə olub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.