Cəmiyyət

Azərbaycanda bu şəxslər 955 min manat məbləğində cərimə edilib

23 Yanvar 2020 00:02
0 Şərh     Baxış: 2 972
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2019-cu ildə 1486 müəssisədə müvafiq müayinələr aparılıb.

Milli.Az bildirir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, monitorinq nəticəsində su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 35,8 faizində, atmosfer havasının çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 45,8 faizində, torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə isə müayinəyə cəlb olunmuş müəssisələrin 37,9 faizində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb.

Təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən il inzibati məsuliyyətə cəlb olunmuş 868 nəfər vəzifəli şəxs və vətəndaşlardan 955 min manat məbləğində cərimə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.